Təbrizə salam.

Qulağmı ver, dinlə bax nə deyir:

Bu məhəllədə bizim xalqımızdan bir rind qeyd oldu—deyir

Derkən ansxzm biri yolda izini buldu—deyir

Bəlirlərini görün işdə—-deyir

Bax, al qanlar içində bir əlbisə—deyir

Nə zamandır onu aradıq, yandıq, yaxıldıq

Nə zamandır onu arayanlar hər yanda nə üst gördülər, nə baş.

Aşiqlərin qanı zatən heç əksilmir, unudulmur.

Aşiqlərin qanı necədirsə oylə qalır oylə təzə və isti.

Bu əsgi bir qan davasıdır demə, sakın

Atma qulaq ardına sən bu sözü

Qan bir kərə axdımı, qaralır, quruyur, amma

aşiqlərin qanı durmayacaq,

könüllərdən daima axacaq.

Ya o yox olunca sən çıx ortaya ya da o qeyb olan könlü geri ver.

Ey könül, o şəkər kimi könüldən bir parçacıq iz bulsan

Şükür et halına.

Bütün aləm dənizin bir damlasında əriyib getmiş, amma bir milçək o şəkərdən sanki nə qədər yeyər.

Bir gün sən də boylə öldürülürsən,

Sonsuzluğa erəcək, diri qalacaqsan, diri.

Boylə bir şahidin canından Salam Təbrizə.

 

Oxşar şeirlər