Söylə də, söylə.

Ey erlərin başı, söylə də, söylə

Ey meydan padşahı, söylə də, söylə

Ey ölümsüz ay, ey saqiler sultanı

Ey canımın cam, söylə də, söylə.

E1 aləmə qibləsən Şama işıq şöləsən

Bir bitməz hekayəsən, söylə də, söylə.

Sən abi-heyat,

Sən şəkərdə dad,

Sən sevgilinin sirlərini bilən

Sən hər zaman gülən, söylə də, söylə.

Qəm sənə gərək deyil,

Öfgəli ürək deyil,

A1 əlinə rübabı,

Burax döyüş-qovğanı,

Imanına and olsun,

Könlümüz nəşə dolsun

Söylə də, söylə.

 

Oxşar şeirlər