Ol cəfakər nəzərdən bizi atmış kimidir,
Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir.
Gəc gedib qaşlarını mahi-növə bənzətmə,
Usta diki yayı baş-başa çatmış kimidir.
Arizi-alını, derdim, əsəri-meydəndir,
Baxdım əmma nagəhi-çeşm qanatmış kimidir.
Çeşmi-məmstanələri guşeyi-əbrulərdə
Tağ arasında Xütən ceyranı yatmış kimidir.
Qönçənin başını hər sübhü masa yarmaqdan,
Ol məhin ağzına məxfi dil uzatmış kimidir.