Görmənəm bir həmnəfəs ta eyləyim izhar söz,
Yoxsa kim ney tək mənim sinəmdə həm çox var söz.
Doğru söz hər kimsəyə təsir edər, naseh, vəli
Aşiqi məst eylərü, aqilləri huşyar söz.
Sərfəsizdir gövhəri israfilə sərf eyləmək,
Ta zərurət düşməyincə söyləmən, zinhar söz.
Gövhəri - sirabi etməzlər xəzəfdən imtiyaz,
Yoxsa dəryalarca, Qövsi, qətrələrdə var söz.