Gəzirəm səni.

İnsan arzu edir,

Niyyət eyləyir,

Mən neçə arzuda gəzirəm səni.

Qəlbim kitablarla söhbət eyləyir,

Bəzən yazıda da gəzirəm səni.

 

Nə vaxt bulud qonur gülər üzümə,

Axtarıram səni,

Gəzirəm səni.

Düşünüb deyirəm özüm-özümə,

Sən də bir düşünüb, xəyala varıb

Gəzirsənmi məni,

Gəzirəm səni…

Oxşar şeirlər