Hər yerdə, hər zaman biz qoşa olduq.

Hər yerdə, hər zaman biz qoşa olduq,

Hamı bacı-qardaş çağırdı bizi…

Axı, bir böyüdük, bir yaşa dolduq,

Böyüdük… bu yollar ayırdı bizi.

 

Göz-gözə baxırdıq, indi bir anlıq

Bəs niyə fikirlər məni çaşdırıb?

Bizi çəkdiyimiz həsrət, ayrılıq,

Elə bil, daha da yaxınlaşdırıb.

Oxşar şeirlər