Aylar, illər gəlib səssiz ötəcək,
Ötən günlərin mənsiz keçəcək,
O tənha ürəyin yalnız qalacaq,
Sən məni unuda bilməyəcəksən!
Dünya boyda şan-şöhrətin olsa da,
Lap var-dövlətin başdan aşsa da,
Qəlbin kövrək, yoxsa ki, daşsa da,
Sən məni unuda bilməyəcəksən!
Sanma kimsə məntək səni sevəcək,
Gəlməsən də yolunu gözləyəcək.
Mənim qədər qədrini biləcək,
Sən məni unuda bilməyəcəksən!
Taleyinə sığınmışam sonunda,
Həmişəlik yerim yoxdur yanımda.
Axacam qan kimi mən damarında,
Sən məni unuda bilməyəcəksən!