Ağla məni.

Demirəm, ömürlük mənlə qalasan,

Mən kiməm, yazıbdır uca yaradan.

Peşiman olmayım, bundan sonra da,

Deyirəm, könlündə gəl, saxla məni.

 

Demirəm ki, daim mənimlə yaşa,

Demirəm ki, həmişə biz gəzək qoşa.

Zamanın hökmünə edək tamaşa,

Deyirəm, arada gəl yoxla məni.

 

Demirəm dünyanın sonu kədərdir,

Demirəm onsuz da sevgim hədərdir.

Ağlama, yoldaşdır mənə öz dərdim,

Deyirəm, öləndə gəl ağla məni!

 

Oxşar şeirlər