Xətrinə dəymişəm, bağışla məni,
Səhvimi bilmişəm, alqışla məni,
Sevinclə dindirib qarşıla məni.
Dərdimi dinləyib dərindən ansan,
Mehmanın olaram anam, ay anam!
Gəlib hüzuruna yalvarıram, mən,
O şirin anları qaytarıram, mən,
Hər yerdə, hər zaman axtarıram mən,
Məni əzizləyib ürəklə yansan,
Qurbanın olaram, anam, ay anam!
Balanı atmazsan, səni atsa da,
Lap şirin yuxuna haram qatsa da,
Kobudluq eyləyib, qəm yaşatsa da.
Nankor övladını peşiman sansan,
Qurbanın olaram, anam, ay anam!
Ana heç vaxt küsməz baladan, billəm,
Müqəddəs yaradıb yaradan, billəm.
Məni bağışlamasan, vallah ölləm,
Sən deməsən balana canımsan, cansan,
Dərmanın olaram, anam, ay anam!