Müəllimim.

Mənim ilk məsləhətçim, qibtə etdiyim,

Həyatda dəyərli, əziz sandığım

Qarşısında baş əyib səcdə etdiyim

                               müəllimim.

 

Sən ey ilk dünyamın ilkin baxışı,

Yağdırdın qəlbimə nurlu yağışı,

Dilimdə, ağzımda duam, alqışım

                               müəllimim.

 

Sənətin müqəddəs, peşən müqəddəs,

Bu qədər paklığın görünmürmü bəs?

Nankorlara baxıb bitməsin həvəs,

Canımı, ruhumu oxşayan bir səs

                                müəllimim.


Şəninə nə qədər söz qoşsaq azdır,

Hər sözün, söhbətin bir işvə, nazdır,

Bu gözəl sözləri könlünə yazdır,

Əzizim, ürəyim, canım

                            müəllimim.

 

Amalın bizləri xoşbəxt görməkdir,

Demə ki, zəhmətin nəyə gərəkdir?

Sadəcə varlığın bizə köməkdir,

Anılsın hörmətlə adın

                             müəllimim.

 

 

Oxşar şeirlər