Kaş dünyaya gələydim təzədən,
Kaş körpə olaydım, yenicə dil açaydım,
Təzəcə addımlayıb yavaş-yavaş qaçaydım
təzədən.
Saf, təmiz baxışlarla bu dünyaya baxaydım
təzədən.
Gülüşlərim iz buraxıb üzümdə, dodağımda,
Kaş baxçaya gedəydim
təzədən.
Yaşayaydım məktəbli olmaq arzusuyla,
İldən-ilə boy atıb böyümək, ildən-ilə
Cavan olmaq xülyasıyla təzədən.
Kaş gənclik illərimi, həyatımın
Ən şirin, ən gözəl günlərini yaşayaydım
təzədən.
Məhəbbətin, nifrətin, haqqın, ədalətin nə olduğunu,
İllərin beləcə tez solduğunu
Kaş yenidən biləydim,
Bütün pislikləri mən ömrümdən siləydim
təzədən.
Kaş qayıda biləydim o illərə
təzədən,
Səhvlərimi düzəldib ömrümə bəzək vuran
İlmələr toxuyardım
təzədən,
Onda cavan yaşımda saçlarıma düşməzdi dən,
Uşaq olmaq istəyirəm, mümkün deyil,
təzədən.