Mən tək bəxti qara olmaz,
Cəmi bəxtikəm içində.
Könlüm quşu qərar tutmaz,
Nə dost, nə həmdəm içində.
İtirmişəm əqli huşu,
Fikrim gəzir dağı-daşı.
Hərdən axır gözüm yaşı,
Çürüyürəm nəm içində.
Fələk, nədir bu sitəmlər,
Harda qaldı o xoş dəmlər?
Ariz olub cana qəmlər,
İlyas qalıb qəm içində.