Ata ocağına çataçatdayam,
Kim məni görəcək orda, mən kimi?
Qorxuram fərəhdən qəfil çatdayam
Közərmiş bir daşa su dəyən kimi.
Hələ bu dünyanı mən sevirmişəm,
Bir də alışacaq küsmüş bir ocaq.
Ata ocağına üz çevirmişəm,
Bu gecə ömrümə günəş doğacaq.
Ata ocağına çataçatdayam,
Kim məni görəcək orda, mən kimi?
Qorxuram fərəhdən qəfil çatdayam
Közərmiş bir daşa su dəyən kimi.
Hələ bu dünyanı mən sevirmişəm,
Bir də alışacaq küsmüş bir ocaq.
Ata ocağına üz çevirmişəm,
Bu gecə ömrümə günəş doğacaq.