Cənnət cəhənnəmə gedən yox, könül,
Gedib de geriyə dönən yox, könül,
Ümid və qorxumuz o şeydədir ki,
O şeydən bir xəbər verən yox, könül.
Həyatın sirrini bilsəydi ürək,
Bilərdi ölümün sirri nə demək,
Bu gün sağlığında heç bir şey bilməyən,
Ölüb getdi sabah nə edəcək.
Kiminin fikrinə hakim görünür məzhəbü din,
Kiminin saplanaraq qaldığı hər şəkkü yəqin,
Ansızın bir də baxırsın ki, çıxar bir nadi
Bağırır: “Hey, nə odur yol, nə bu, qafil, miskin”.
Könül zəmanədən ehsan gözləmə,
Dövran gərdişindən səhman gözləmə,
Sən dərman axtarsan artacaq dərdin,
Döz acı dərdinə dərman gözləmə.