Eşq zor eyləsə, ey dil sana, məğlub olsan

Eşq zor eyləsə, ey dil sana, məğlub olsan,

Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.

Bu həqiqət yoludur, bunda bulunmaz batil,

Batiləm söyləmə məhza, de ki, həqqəm, həqqəm.

Söyləmə batiləm əsla, sana xamuşluğun

Xeyrdir, söyləsən əmma, de ki, həqqəm, həqqəm.

 

 

 

 

Oxşar şeirlər