Dağlar

Əfsanə, boş keçir günlərim, Hicran,

Ayrılıq çətindir, gəl deyir dağlar.

Sənsiz məni görüb dağlar içində,

Mənə sevin, şad ol, gül deyir dağlar.

 

Gen dərə, qoyunlu, quzulu çöllər,

Bir yanım Təkəlik, bir yanım göllər,

Bir yanım Zorbulaq, üstündə ellər,

Dilə gəlsin sazda tel deyir dağlar.

 

Oxşar şeirlər