"Türklər" poeması

Mən türklərin içində

  Azərbaycan türküyəm.

  Möhtəşəm Türk dünyası

  Fəxrimdir, qürurumdur.

  Uğuru uğurumsa,

 Qüsuru qüsurumdur...

 Sevinci sevincimdir,

 Kədəri kədərimdir.

... öz millətinə

Xidmətidir yaşadan.

Vətəni birləşdirmək

Niyyətidir yaşadan.

Bir ucu Dərbənddədir,

Bir ucu Həmədanda.

Bir ucu Kərkükdədir,

Bir ucu İrəvanda.

Bir ucu Göyçədədir,

Bir ucu Borçalıda.

Bir ucu Mehridədir,

Bir ucu Xocalıda.

Bir ucu Dilcandadır,

Bir ucu Zəngəzurda.

Bir ucu Makudadır,

Bir ucu Dəstəfurda.

Şeirində Azərbaycan

Məhrəm-məhrəm danışır.

Qürurla dolu səsi

Lal tarixə qarışır.

... türkün türklə

Döyüşü fəlakətdir.

Türk türklə çarpışanda

Kim gələcək haraya?

Həkim şahı hücumdan

Saxlamaq istəyəndə,

Qolunun yarasını

Bağlamaq istəyəndə,

Şah deyir, siz şəfqətli

Əlinizi saxlayın!

Siz mənim yox, Vətənin

Yarasını bağlayın!

Şah İsmayıl Qərbdə də

Tanıdır hər ustadı.

Gözü üstdə saxlayır

Qurbanini, Behzadı.

Peyğəmbər ətəyindən

Yapışmağa çalışdım.

O olmadı... Savalan

Ətəyindən yapışdım.

 

Oxşar şeirlər