Qollarım dolana boynuna bir gün
Yenə baş qoyaram dizinə Təbriz
Həsrətdən hicrandan cana doymuşam
Doyunca baxaram gözünə Təbriz.
Bulanıq suların axsın durulsun,
Təzə güllərindən büsat qurulsun
O gül camalına birdə vurulsun
Bir qubar qonmasın üzünə Təbriz.
Gülüstan bağının seyrinə gəlim
Lalə yamacında birdə dincəlim
Ötən günlərimə yetişməz əlim
Düşüm heç olmasa izinə Təbriz.
Bulanıq suların axsın durulsun
Təzə güllərindən büsat qurulsun
Ö gül camalına birdə vurulusun
Bir qubar qonmasın üzünə Təbriz.