Eşq

Suxtə könüllərə qıldı yenə car eşq,
Ey neçə aşiqləri qıldı yenə zar eşq.
Qıldı yaxalarumi cümlə mü¢əsfər məgər
Anun üçün eylidi cədvəli pərkar eşq.
Gərçi ki, məxmur edər ləbləri ilə cani,
Şükr ana ki, gözlərin eylədi xummar eşq.
Küfrini gisusunun canumuz iman bilür,
Bağlayalı belümə bir qara zünnar eşq.
Toldı könüldə hava, qomadı xali məkan,
Lacərəm oldu qamu bu dərü divar eşq.
Aşiqü məşuqənün eşqlədir varlığı,
Baxıcağ ol ortada yinə günahkar eşq.

Oxşar şeirlər