Lalələr

Lalələr

 

Yayın ortasında Gəncə çölündə 

Çıxıblar yenə də dizə  lalələr. 

Qıpqırmızı şehli köynəklərini 

Səriblər dərəyə, düzə lalələr.

            

Xəyalımdan nələr gəlib nə keçər,

Yaz gələr ellərə durnalar köçər.

Bulaqlar-samavar, ağ daşlar–şəkər

Bənzəyir çəməndə közə lalələr. 

 

 Meylim üzünüzdə  qara xaldadır,

Aslanın əlacı ilk vüsaldadır,

Nə vaxtdır Bakımın gözü yoldadır, 

Bir qonaq gələsiz bizə, lalələr!

Oxşar şeirlər