Getmə

Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,

"Məhfili-üns" sənin canına qurban, getmə.

 

Sən ilə gülşəni-ümmiddə güllər açılır,

Qönçə tək etməgilən, gəl, ürəyin qan, getmə.

 

Sən ilə cəm idi bu silsileyi-alinəsəb,

Etmə bu silsiləni bari pərişan, getmə.

 

Gər tulu etməsə Xurşid camalın bir dəm,

Olu zülmətkədə bu Şişeyi-viran, getmə.

 

 Olmasın nərgisi-bimarın bu dəm bimar,

Qılma bu dideyi-giryanımı giryan, getmə.

 

 

Yetsə hər dərd sənə ver məni-məhzunə onu

Kim, sənin dərdin olur dərdimə dərman, getmə.

 

 Ziynəti-bəzmi-məhəbbətdi sənin göftarın,

Olma xamuş ki, xamuş olu yaran, getmə.

Oxşar şeirlər