Düşmüşəm seyd kimi damdə səyyad əlinə

 

 

 

 

 

Düşmüşəm seyd kimi damdə səyyad əlinə,

Bivəfa, qaniçici kafirü cəllad əünə.

 

Qanımı tökmək üçün əbruyi-xunrizi müdam,

Gör nə xişm ilə alıb xəncəri-fülad əlinə.

 

Nə səbəbdən bu qədər didələrin qəsdim edər?

Məni məqtul eləməkdən gəlü bir zad əlinə!?

 

Qoyma zülfi-siyəhin səfheyi-rüxsarə düşə,

Vermə, ey şux, behişti belə Şəddad əlinə.

 

Dövri-çeşmindəki xalin bəməsəl xatəmdür,

Yetişib hiylə ilə divi-pərizad əlinə.

 

Qılsın əmani-nəzər mürşidi-ustadi-əzim,

Hacı Mirzayi-Rəhim yetsə bu əfrad əlinə.

 

Duta gər nəzmi-kəlamında Fəqirin bir eyb,

Əfv qılsın onu kim, düşmüyüb ustad əlinə.

Oxşar şeirlər