Hər kimdə eşqin olsa, cana nəzəri olmaz,
Məstin olarsa hər kəs candan xəbəri olmaz.
Hər aşiqin xəyalı ətrindən olsa agah,
Mişkin saçından ayrı durmaq hünəri olmaz.
Başdan ayağa cansan, ey çeşmeyi-həyat sən,
İnsanda bu camalın, hüsnün əsəri olmaz.
Hər kəs bir axtarışda, bir arzu bir diləkdə,
Kuyindən özgə səmtə qəlbin səfəri olmaz.
Vəsfin nə cür gərəksə, söylər Hümam daima,
Hər bir neyin şəkəri, kanın gövhəri olmaz.