Cümə günü

 

Aşiqi-sadiq olanın tərki dünyadır işi,

Mömün oldur dünyada rast gəlmən işi.

Həqq buyurdi bizə layiq işlər isə işi,

Bir səvab bin yazılur ol mübarək cüm'ə günü.

 

Oqunur pərvaz azanlar cəm olur bayu gəda,

Diklənür mənbərdə xütbə, yedirlər cəmi dua.

Yüçə dağlərcə günahi əfv edər Bari Xuda,

Bir kəsin zikrilə, sidqilə ol mübarək cüm'ə günü.

 

Der ki, ömür al bağlayub məhrabə keçincə imam,

Qoşədir mələklər ətrafin anın bittəmam.

Rəhmətin dəryasinə ğərq olmaq… içün ey Hümam,

Açılur dəryayi-rəhmət bir mübarək cüm'ə günü

Oxşar şeirlər