Lalə


Yarın qanlı köynəyi tək,

Qızarır yol üstə lalə.

Xan Çobanı gətir dilə,

Bir şirin can istə, lalə.

 

Dərdim dönüb hekayətə,

Canım dozər bu zillətə,

Yar məzarın ziyarətə,

Gəlib dəstə-dəstə lalə.

 

Hara getsən, gələrəm mən,

Ahu kimi mələrəm mən,

Bəsti deyər, ölərəm mən,

Bu dağlardan getsə lalə.

 

Oxşar şeirlər