Çək

Çəkmə, dərdi, ey könül, meyxanədə peymanə çək, 

Çəkdiyin peymanəyi pünhan deyil, mərdanə çək. 

 

Yanma narı-firqətə, qərq olma bəhri-möhnətə, 

Gir bu dərya içrə sən də, yanə bir dürdanə çək. 

 

Xəncəri-bürran ilə meydana gir cövlanə gəl, 

Hər tərəf başlar kəsüb dünya yüzünü qanə çək. 

 

Getdi mürgi-dil, nigarə, duttu  zülfündə məqam, 

Göndər anı zülfünə lütfeyləyüb bir şanə çək. 

 

Mətləi-Xurşidi-eşq isə əgər mətləb sana,

Öz qatarım, ey Səba, sən, canibi-İranə çək. 

 

Ey Siraci, söylədin bir şeiri-şirin şövqilən,

Eyləsün tənzir pişi-şairi-Şirvanə çək.

 

 

Oxşar şeirlər