Qarabaği Sədi əfəndi ilə möhtəşəm qəzəliyyat

Siraci:    Xalqın görəməm zülfi – siyəh fam arasından,

Sədi:     Quş müşkül alır danəsini dam arasından.

 

 

Siraci:    Gördüm qaşını gözlərin üstündə dedim bəs,

Sədi:     Bir şaxdır əyilmiş iki badam arasından.

 

Siraci:     Qurbanın olub Kəbeyi-kuyində qalaydım, 

Sədi :     Ol gün ki, çıxar hacılar ihram arasından. 

   

 

Siraci:     Dünyayı dutar şaşaa bərqi-şəfəq asa, 

Sədi:       Düşmən kimi ləb dişləsə düşnam arasından. 

 

Siraci:     Zülfün aranı kəsdi, zülfün yüzün görməyə qoymaz,

Sədi:       Çıxmazmı o kafər beçə kafər islam arasından. 

 

 

Siraci:     Sandım ki, düşüb daneyi-ənquri şəraba, 

Sədi:       Xali – rüxün əksin görəli cam arasından. 

 

Siraci:     Bir şanə çək ey şuxdilaram, dağıtma,

Sədi:      Bəlkə, gələ öz könlümə aram arasından. 

 

Siraci:     Əlbəttə, çıxar dəftərin axtarsa Siraci

Sədi:      Sədi kimi bin aşiqi-bədnam arasından. 

                              

 

Oxşar şeirlər