Eşq

Eşqin dili sözsüz olur,

Dil söz tutur ki, söz deyə?

Eşq baxışla axıdılır,

Bir ürəkdən bir ürəyə.

 

Bir vaxt sən də bu ləhcədə,

Dil-dil ötüb, kama çatdın.

Yadırğadın indi nədən,

İndi bu dil sənə yaddır.

 

Oxşar şeirlər